• Bakı 26° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

ABŞ-də sinaqoqda terror aktı törədildi

DÜNYA

12 Mart 2026 | 22:37 | Müəllif: Subhan Mahmudov

ABŞ-də sinaqoqda terror aktı törədildi

ABŞ-ın Qərbi Blumfild şəhərindəki “Temple İsrael” sinaqoqunda terror aktı baş verib. Naməlum bir şəxs əvvəl binaya maşınla çırpılıb, sonra isə içəridəki insanlara atəş açmağa başlayıb.

Bakıvaxtı.az yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 5 nəfər yaralanıb. Ölənlərin sayı hələlik dəqiqləşdirilməyib. Hücum zamanı yaranan yanğın səbəbindən binadan qalın tüstü yüksəlib.

Sinaqoqun ətrafı polis və FTB agentləri tərəfindən mühasirəyə alınıb və əməliyyat davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026