• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Nüvə müharibəsi təhlükəsi reallığa çevrilir - Lukaşenko Rusiyaya çağırış etdi

DÜNYA

30 Iyun 2022 | 18:12

Nüvə müharibəsi təhlükəsi reallığa çevrilir - Lukaşenko Rusiyaya çağırış etdi

“Biz hələ yarım addım atmışıq. Onlar isə uçur və məşq edirlər. Niyə təlim keçirlər, nüvə qəlibləri daşıyırlar? Bunu ona görə edirlər ki, təyyarəyə nüvə bombası qoyub, lazım bildikləri yerə atsınlar. Biz hələ onlara adekvat cavab verməmişik”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.

Belarus prezidentinin sözlərinə görə, Qərb nüvə silahı olmayan ölkələrin pilotlarına nüvə silahı üçün nəzərdə tutulmuş təyyarələri idarə etməyə icazə verir, bu isə beynəlxalq müqaviləni pozmaqdır.

“Biz hələ bunu etməmişik. Ancaq biz hazır olmalıyıq”, - A.Lukaşenko əlavə edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Aleksandr Lukaşenko ilə görüşündə bəyan etmişdi ki, Rusiya yaxın aylarda müttəfiqi Belarusa nüvə silahı daşıya bilən raket kompleksləri göndərəcək.


SON XƏBƏRLƏR