• Bakı 17° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Fransa parlamenti ölkədə yanacaq ehtiyatının azaldığını açıqlayıb

DÜNYA

13 Avqust 2022 | 12:29

Fransa parlamenti ölkədə yanacaq ehtiyatının azaldığını açıqlayıb

Fransa hökuməti ölkədə rekord dərəcədə az yanacaq ehtiyatı olduğunu açıqlayıb və vətəndaşları indidən qışa hazırlaşmağa dəvət edib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Milli Assambleyasının deputatı İzabel Valentin bildirib.

Onun sözlərinə görə, Ukraynada müharibə başlayandan bəri müxtəlif resursların çatışmazlığı artmaqdadır.

“Yarımkeçiricilər, xammallar, dənli bitkilər... Müharibə çoxsaylı sektorlara təsir edib ki, bu da ümumi qiymət artımına səbəb olur. Bu hal o cümlədən daim bahalaşan qalıq enerji daşıyıcıları ilə də baş verir. Özü də onların səviyyəsi rekord dərəcədə azdır”, - İ.Valentin bildirib.

Deputat əlavə edib ki, hazırda energetika sahəsində vəziyyət nəzarət altındadır, lakin qışda bu, idarəolunmaz hala gələ bilər, bahalaşma isə vətəndaşların alıcılıq qabiliyyətinə təsir edə bilər. O, artıq indidən qışa daha yaxşı hazırlaşmaq üçün istehlakçıları payızda ehtiyatlar toplamağa təşviq edəcək mexanizm hazırlamağı təklif edib.(report)


SON XƏBƏRLƏR

24 Aprel 2024