• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna Xarkov, Donetsk istiqamətində irəliləyir

DÜNYA

12 Sentyabr 2022 | 09:23

Ukrayna Xarkov, Donetsk istiqamətində irəliləyir

“Müdafiə Qüvvələrimizin Xerson istiqamətindəki uğurlu əməliyyatları nəticəsində Rusiya ordusu xeyli itki verib. Mövcud məlumatlara görə, Rusiyanın 810-cu dəniz piyada briqadasının şəxsi heyətinin 90 faizə yaxını məhv edilib”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.

“Qarşı tərəfin hərbçilərinin mənəvi-psixoloji durumu son dərəcə aşağıdır. Onlar döyüş bölgəsinə gəlməkdən imtina edirlər. Xarkov və Donetsk vilayətlərində yaşayış məntəqələrinin azad edilməsi prosesi davam edir. Ötən sutka ərzində rus hərbçiləri 20-dən çox yaşayış məntəqindən çıxarılıb. Hazırda həmin ərazilərin tam nəzarətə götürülməsi prosesi davam edir”, - məlumatda bildirilib.

Məlumatda, həmçinin göstərilib ki, qoşunların əks-hücum əməliyyatları ilə bağlı tapşırıqların icrası davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026