• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Müharibəyə son qoya biləcək bir adam var - AÇIQLAMA

DÜNYA

12 Oktyabr 2022 | 01:00 | Müəllif: Subhan Mahmudov

Müharibəyə son qoya biləcək bir adam var - AÇIQLAMA

Ukraynada müharibəyə son qoya biləcək adam ABŞ-ın sabiq prezidenti Donald Trampdır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban deyib.

Berlində panel müzakirələrində çıxış edən Orban danışıqların Ukrayna-Rusiya arasında deyil, Rusiya-ABŞ arasında getməli olduğunu və ABŞ-ı Trampın təmsil etməsi gərəkdiyini bildirib:

"Yalnız ABŞ-Rusiya danışıqları müharibəyə son qoya bilər".

Orban bildirib ki, ukraynalıların resursu sonsuzdur, çünki onlar bunu ABŞ-dan alırlar:

"Yalnız ABŞ-ın hərbi dəstəyi sayəsində Ukrayna mübarizə apara bilir. Müharibənin taleyi resurslardadır. Bu konstekstdə Rusiyanın enerji ehtiyatları, hərbi və insani resursları da sərhədsizdir".

Onun sözlərinə görə, Bayden Putini "hərbi cinayətkar" adlandırmaqla, həddən artıq irəli gedib: "Buna görə də onun sülh bağlaması çətin olar. Bu baxımdan sülh üçün ümid Trampadır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026