• Bakı 19° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

Fransaya məxsus təyyarə Bakı limanına qəza enişi etdi

HADİSƏ

24 Aprel 2024 | 18:31

Fransaya məxsus təyyarə Bakı limanına qəza enişi etdi

Heydər Əliyev Beynəlxalq Aeroportunda "Air France" aviaşirkətinə məxsus təyyarənin qəza enişi etməsi səbəbindən həyəcan siqnalı elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

Osaka-Paris marşrutu ilə hərəkət edən "Boinq 777" hava gəmisi göyərtəsindəki yaranan tüstü səbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.

"Aeroportda elan edilən həyəcan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib. “Air France” aviadaşıyıcısının təyyarəsi Bakı vaxtı ilə saat 16:37-də uğurla eniş edib.

Təyyarədə olan 280 sərnişin dərhal təxliyə edilib, insident nəticəsində xəsarət alan olmayıb", - məlumatda deyilir.

Bildirilir ki, hazırda hava gəmisinə baxış keçirilir və hadisənin baş verməsinin bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil olunur.


SON XƏBƏRLƏR

25 May 2024