Azərbaycanın Əməkdar həkimi Vaqif Şirəli oğlu İbrahimov 82 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun yaxınları oxu.az-a məlumat veriblər.
Bildirilib ki, tibb elmləri namizədi Vaqif İbrahimov Birinci Qarabağ müharibəsinin veteranı olub.
Həmçinin, o, Mərkəzi Hərbi Hospitalın rəisi vəzifəsində çalışıb.