• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Naxçıvanda 74 tona yaxın yabanı çətənə məhv edilib

HADİSƏ

22 Iyun 2024 | 19:10 | Müəllif: Subhan Mahmudov

Naxçıvanda 74 tona yaxın yabanı çətənə məhv edilib

Naxçıvanda 74 tona yaxın yabanı halda bitən çətənə bitkisi məhv edilib.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Naxçıvan polisinin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Culfa RPŞ-nin əməkdaşları tərəfindən 755 620 kol, Şərur RPİ-nin əməkdaşları tərəfindən 18 500 kol, Ordubad RPŞ-nin əməkdaşları tərəfindən 5 852 kol, Şahbuz RPŞ -nin əməkdaşları tərəfindən 9 912 kol olmaqla, ümumi çəkisi 74 tona yaxın olan 789 884 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026