• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xırdalanda hündürmərtəbəli binada yanğın olub - VİDEO

HADİSƏ

22 Iyul 2024 | 18:48 | Müəllif: Subhan Mahmudov

Xırdalanda hündürmərtəbəli binada yanğın olub - VİDEO

FHN-in "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində çoxmənzilli yaşayış binasında  yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal əraziyə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 14 mərtəbəli binanın şaxtası boyunca elektrik naqillərinin yandığı müəyyən edilib. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsinə imkan verilmədəm qısa müddətdə söndürülüb. 

Bina sakinləri təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən təxliyə olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026