• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Fransız jurnalist 38 gündür İrəvan aeroportunda “aclıq” edir

DÜNYA

30 May 2024 | 00:45 | Müəllif: Subhan Mahmudov

Fransız jurnalist 38 gündür İrəvan aeroportunda “aclıq” edir

Zvartnots hava limanında 38 gün aclıq aksiyası keçirən erməni əsilli fransız jurnalist Leo Nikolyanın vəziyyəti kəskin pisləşib, bundan sonra onu zorla Fransaya göndərməyə cəhd ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni mediasına Nikolyan özü bildirib.

"Həkimlər gəldi və mənə nə iynə vurduqlarını bilmirəm, heç nə hiss etmədim, yuxum gəldi. Məni geyindirdilər, əşyalarımı yığdılar, arabaya qoydular və məni zorla təyyarəyə mindirməyə çalışdılar. Amma bəxtim gətirdi. Təyyarənin kapitanı dedi ki, o, xəstə insanları daşımır. İndi də məni tranzitlə üçüncü ölkəyə göndərməyə çalışırlar ki, cəhənnəm olum", - o deyib.

Qeyd edək ki, 22 apreldə Ermənistana gələn və ölkəyə buraxılmayan Nikolyan aclıq aksiyası keçirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026