• Bakı 23° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

İranda prezident seçkiləri səsverməsi üçüncü dəfə uzadılıb

DÜNYA

28 Iyun 2024 | 23:09

İranda prezident seçkiləri səsverməsi üçüncü dəfə uzadılıb

İranda prezident seçkiləri səsverməsi müddəti üçüncü dəfə uzadılıb, seçicilər yerli vaxtla saat 00:00-a (Bakı vaxtı ilə saat 00:30) qədər səs verə bilərlər.

Bu barədə Bakıvaxtı.az İRİB telekanalına istinadən xəbər verir.

"Prezident seçkilərində səsvermə saat 00:00-a qədər uzadılıb", - İranın Seçki Komissiyasının nümayəndəsi Möhsün Əslami bildirib. Səsvermə müddəti iki dəfə, əvvəlcə saat 18:00-dan 20:00-a, sonra yerli vaxtla saat 22:00-a qədər uzadılıb. Çox güman ki, üçüncü uzadılma sonuncudur, sonra səslərin sayılması başlayacaq.

Havanın hərarəti azaldıqdan sonra seçki məntəqələrində səs vermək istəyənlərin böyük növbələri yaranıb. Məsələn, İranın cənubunda termometrlər müsbət 46 dərəcədən çox, ölkənin mərkəzində temperatur 35 dərəcə olub.

İranda prezidentin növbədənkənar seçkilərinə iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 8:30) start verilib. Onlar mayın 19-da ölkə prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar keçirilir. Prezidentlik yarışında dörd siyasətçi iştirak edir: mühafizəkarlar Məhəmməd Baqer Qalibaf, Səid Cəlili, Mustafa Purməhəmmədi və islahatçı Məsud Pezeşkiyan.


SON XƏBƏRLƏR

30 Iyun 2024