Borislav Mixaylov Bolqarıstan Futbol İttifaqının (BFU) prezidenti postunu tərk edib.
Bakıvaxtı.az xəbər verir ki, 60 yaşlı funksioner hamını sakitləşdirmək üçün bu addımı atdığını bildirib.
O, quruma ciddi təzyiqlər olduğunu söyləyib: "Buna baxmayaraq, işləri qısa müddətdə başa çatdırdıq. Milli komanda yaxşı oyun nümayiş etdirmədi. Amma məndən asılı olan hər şey edildi".
Bolqarıstan yığması AVRO-2024-ün seçmə mərhələsində G qrupunu 4 xalla sonuncu - 5-ci pillədə başa vurub. Noyabrın 16-da paytaxt Sofiyada Macarıstan yığması ilə görüş başlamazdan əvvəl 5 minə yaxın insan BFU rəhbərliyinin istefa tələbi ilə kütləvi etiraz aksiyası keçirib.
Qeyd edək ki, Borislav Mixaylov 1983-1998-ci illərdə Bolqarıstan millisinin qapıçısı olub.