• Bakı 24° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Futbolçuların sayıqlığını yoxlamaq üçün maraqlı üsula ƏL ATDI

İDMAN

08 Avqust 2024 | 15:10

Futbolçuların sayıqlığını yoxlamaq üçün maraqlı üsula ƏL ATDI

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta futbolçuların sayıqlığını yoxlamaq üçün maraqlı üsula əl atıb.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssis oyunçulara heç bir xəbər vermədən düşərgəyə peşəkar cibgirlər dəvət edib.

Futbolçularla birlikdə şam yeməyinə qoşulan oğrular komanda üzvlərinin telefon, pul kisəsi və başqa şəxsi əşyalarını götürüblər. Şam yeməyinin sonunda Arteta hamıdan ciblərini yoxlamağı xahiş edib. Bundan sonra futbolçuların əksəriyyəti qiymətli əşyalarının itdiyini anlayıblar.

Beləliklə məşqçi bütün situasiyalarda oyunçulara diqqətli və ayıq olmağın vacibliyini vurğulamağa çalışıb.


SON XƏBƏRLƏR