• Bakı 22° C

    0.67 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Dünya çempionatı: 6 sərbəst güləşçimiz mübarizəyə başlayır

İDMAN

07 Sentyabr 2024 | 11:00

Dünya çempionatı: 6 sərbəst güləşçimiz mübarizəyə başlayır

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, yarışın 6-cı günündə növbəti sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.

Azərbaycanın 5 güləşçisi ilk görüşünə çıxacaq.

U-20 dünya çempionatı
Sərbəst güləşi
Təsnifat mərhələsi


61 kq
Camal Abbasovun ilk rəqibi çinli Denqburile Denqburile olacaq.

74 kq
Ağanəzər Novruzov fransalı Seyfulla İtayevi sınağa çəkəcək.

86 kq
Sadiq Mustafazadənin ilk görüşdə rəqibi Aleksandru Borş (Rumıniya) olacaq.

125 kq
Ən ağırların mübarizəsində çıxış edən Yusif Dursunov Aleksandre Abranişvilidən (Gürcüstan) üstün olmağa çalışacaq.

1/8 final
92 kq

Anar Cəfərli Nikita Qobarets (İsrail) – David Yaksik (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 1 gümüş, 2 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib. Nərgiz Səmədova (55 kq) da yarışı üçüncü olaraq tamamlayıb. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.


SON XƏBƏRLƏR