• Bakı 20° C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Azərbaycan millisi DÇ-də 4-cü oldu

İDMAN

06 Oktyabr 2024 | 17:15

Azərbaycan millisi DÇ-də 4-cü oldu

Taciskistanın paytaxtı Düşənbədə gənclər arasında dünya çempionatına yekun vurulub. 

Bakıvaxtı.az xəbər verir ki,A Azərbaycan cüdoçuları yarışın sonuncu günündə mübarizəyə 1/8 finaldan qoşulublar.

Yığmamız tatami sahibləri ilə qarşılaşmada 4:2 hesablı qələbə qazanıblar. 1/4 finalda komandamız Türkmənistanı 4:0 hesabı ilə məğlub edib. Milli eyni uğuru yarımfinalda təkrarlaya bilməyib. Fransa ilə gərgin mübarizədə rəqib komanda 4:3 hesabı ilə üstün olub. Bürünc uğrunda görüşdə isə cüdoçularımız Özbəkistan idmançıları ilə qarşılaşıblar. 2:4 hesabı ilə uduzan komanda dünya çempionatını medalsız başa vurub.

Qeyd edək ki, yığmamız şəxsi yarışlarda 3 medal qazanıb. Kənan Nəsibov (+100 kq) gümüş, Süleyman Şükürov (81 kq) və Əjdər Bağırov (100 kq) bürünc medal qazanıb.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024