• Bakı 16° C

    1.1 m/s

Gəncə sakinlərindən silah və narkotik götürüldü - FOTOLAR

HADİSƏ

07 Yanvar 2023 | 15:42

Gəncə sakinlərindən silah və narkotik götürüldü - FOTOLAR

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, ŞBPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Sahib Hüseynov şəhər ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Revolver” tipli tapança və 6 ədəd patron aşkar  edilərək götürülüb.

Baş İdarənin 2-ci Polis Şöbəsinin əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Qəhrəmanovun üzərinə qanunla müəyyən edilmiş qaydada baxış keçirilən zaman 1 ədəd “Makarov” tipli tapança, həmin tapançaya aid sandıqca və 4 ədəd patron aşklarınıb. 

Bundan başqa Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Anar Quliyev, Elçin Vəliyev, Cümşüd Həsənov, Şamxal Süleymanov və Ramin Abdullayev saxlanılıb. Saxlanılan şəxslərin üzərindən müxtəlif çəkilərdə narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktlarla bağlı Gəncə ŞBPİ-nin İstiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.


Gəncə sakinlərindən silah və narkotik götürüldü - FOTOLARGəncə sakinlərindən silah və narkotik götürüldü - FOTOLARGəncə sakinlərindən silah və narkotik götürüldü - FOTOLARGəncə sakinlərindən silah və narkotik götürüldü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026