• Bakı 24° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Qubada sərxoş sürücülər aşkarlandı - FOTOLAR

HADİSƏ

06 Fevral 2023 | 10:43

Qubada sərxoş sürücülər aşkarlandı - FOTOLAR

Qubada sərxoş sürücülər aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisindəki yollarda kobud qayda pozuntularına yol verən sürücülərə qarşı nəzarət-profilaktiki tədbir keçiriblər.

Tədbirin keçirilməsində əsas məqsəd yollarda təhlükəsiz və rahat hərəkətin təmin olunması, kobud qayda pozuntularına yol verərək təhlükə törədən sürücüləri aşkarlamaq olub.

Ümumilikdə 112 sürücü barəsində inzibati tədbirlər görülüb. Onların arasında sərxoş sürücülər də var.

Bununla yanaşı tədbir zamanı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edənlərə, ötmə və manevr qaydalarını pozan, əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət zolağına çıxan sürücülər də aşkarlanıb. Həmin qayda pozuntularına yol verən sürücülər barəsində inzibati protokol tərtib edilib.

"Yollarda sürücülərin və sərnişinlərin təhülkəsizliyinin təmini məqsədini daşıyan bu cür profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək", - məlumatda qeyd olunub.


Qubada sərxoş sürücülər aşkarlandı - FOTOLARQubada sərxoş sürücülər aşkarlandı - FOTOLARQubada sərxoş sürücülər aşkarlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR