• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Göyçayda itkin düşən 73 yaşlı kişinin meyiti tapıldı - YENİLƏNİB

HADİSƏ

07 Mart 2023 | 15:07

Göyçayda itkin düşən 73 yaşlı kişinin meyiti tapıldı - YENİLƏNİB

Göyçay rayonunda itkin düşən 73 yaşlı kişinin meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, onun meyiti kəndin kənarından keçən su kanalından aşkarlanıb.

Meyitin sudan çıxarılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

 

14:36

Göyçay rayonunda 73 yaşlı kişi itkin düşüb.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1950-ci il təvəllüdlü Məmmədov Mövlan Süleyman oğlu martın 6-da səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Ailə üzvləri onun itkin düşməsi ilə bağlı Göyçay Rayon Polis Şöbəsinə məlumat veriblər.

Onun kənd ərazisindən keçən su kanalına düşdüyü ehtimal olunur. Hazırda kanalda axtarış-xilasetmə işləri aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, polis və prokurorluq əməkdaşları hazırda hadisə yerindədir.

Qeyd edilib ki, M.Məmmədovun tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026