DİN Goranboyda 4 nəfərin xəsarət aldığı yol qəzası barədə məlumat yayıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Bakıvaxtı.az-a bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi və 4 nəfərin xəsarət alması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkəti bərpa olunub. İlkin araşdırmalar nəticəsində "VAZ" markalı avtomobilin aşması nəticəsində 4 nəfərin xəsarət alması müəyyən edilib.
Sürücü ilkin ifadəsində yol ayrıcın digər avtomobilin çıxdığını, ona görə idarəetməni itirərək avtomobili aşırdığını bildirib.
Hazırda müvafiq ekspertiza təyin olunub, araşdırma gedir.
Qeyd olunub ki, xəsarət alanlardan 3-ü ambulator müalicə üçün evə buraxılıb.
10:35
Goranboy-Tərtər avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə yolun Goranboyun Xan Qərvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb.
Qəzada xəsarət alan beş nəfər xəstəxanaya yerləşdirilib. Həmin şəxslər hərbçilərdir.
Faktla bağlı araşdırma aparılır. /Oxu.az
09:00
Goranboy-Tərtər avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Goranboy rayon Xan Qərvənd yolunda qeydə alınıb.
Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.






jpg-1683288966.webp)

jpg-1683285147.webp)






