• Bakı 20° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Gəlin qayınanasını  döydü

HADİSƏ

05 May 2023 | 15:45

Gəlin qayınanasını döydü

Quba rayonunda 1986-cı il təvəllüdlü Aynurə ailə münaqişəsi zəminində qayınanası Lətifəyə (adlar şərti verilib - red.) xəsarət yetirib. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu il yanvarın 25-də baş verib. 

Aynurə həmin gün saat 21 radələrində yaşadığı evin həyətində ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qayınanasını itələyərək ağac parçası ilə qolundan, yumruqla kürəyindən vurub. 

İstintaq orqanı tərəfindən Aynurənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aynurə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, yanvarın 25-də həyətdə doğranılmış odunun yığılması ilə bağlı qayınanası ilə aralarında mübahisə yaranıb: 

“Həmin vaxt qayınanam məni söydüyü üçün yumruqla onu vurdum”.

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Aynurə aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.  /Demokrat.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR