İsmayıllıda "Kamaz" markalı yük avtomobili yolun kənarında dayanan minik avtomobilinin üzərinə çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm- Şəki avtomobil yolunun Muğanlı ərazisinin 6-km-liyində qeydə alınıb.
"Kamaz" markalı yük maşını yolun kənarında dayanan "VAZ 2107" markalı avtomobillə dəyərək minik avtomobilini əzib.
Yük maşınının sürücüsü yüngül bədən xəsarətləri alıb.
Fakt araşdırılır.







jpg-1688365205.webp)








