• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sumqayıtda dəhşətli qətl - Qohumunu öldürdü

HADİSƏ

03 Iyul 2023 | 10:13

Sumqayıtda dəhşətli qətl - Qohumunu öldürdü

Sumqayıtda kişi öldürülüb, qohumu şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 2-də Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü Arif Muxtarovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Əkbər Vəliyevin iyulun 1-də Sumqayıt şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı bacısının əri Arif Muxtarova bıçaqla xəsarətlər yetirməsi və zərəçəkmişin növbəti gün həmin xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi istintaq edilir.

Əkbər Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR