• Bakı 22° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Atasını öldürüb qaçan şəxs saxlanıldı - YENİLƏNİB

HADİSƏ

01 Avqust 2023 | 14:54

Atasını öldürüb qaçan şəxs saxlanıldı - YENİLƏNİB

Avqustun 1-də saat 10:50 radələrində Astara rayonunun Çürkəş kənd sakini 1952-ci il təvəllüdlü Qubad Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Bu barədə Bakıvaxtı.az-a Astara Rayon Prokurorluğundan məlumat verilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

 

14:06

Astarada bu gün atasını öldürərək qaçan 1977-ci il təvəllüdlü Rəşad Əliyev saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

***

12:04

Avqustun 1-də saat 10 radələrində Astara rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu, 1977-ci Rəşad hadisə yerindən uzaqlaşıb.

Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026