Bakıda avtomobil 5 yaşlı uşağı vurub.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2018-ci il təvəllüdlü Arzu Rövşən qızı Ağayevanı vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır./report
















