• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Zaqatalada AĞIR YOL QƏZASI: Xəsarət alanlar var

HADİSƏ

27 Sentyabr 2023 | 22:00 | Müəllif: Subhan Mahmudov

Zaqatalada AĞIR YOL QƏZASI: Xəsarət alanlar var

Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Bakıvaxtı.az bildirir ki, hadisə axşam saatlarında Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Makov kəndindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "VAZ 21015" və "VAZ 2109" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı "VAZ 21015" markalı avtomobildə olan sərnişin, 1969-cu il təvəllüdlü Mirvari Səfa qızı Abbasova və "VAZ 2109"-un sürücüsü, 1990-cı il təvəllüdlü İdris Əşrəfəddin oğlu Şabanov aldıqları müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR