• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

35 yaşlı kişi bir şillənin QURBANI OLDU - VİDEO

HADİSƏ

27 Oktyabr 2023 | 19:32 | Müəllif: Subhan Mahmudov

35 yaşlı kişi bir şillənin QURBANI OLDU - VİDEO

35 yaşlı kişi bir şillənin qurbanı olub. O, mübahisədən sonra qətlə yetirilib.

Bakıvaxtı.az bildirir ki, hadisə Şəkidə qeydə alınıb. Mərhumun atası Qüdrət Mustafayev iddia edir ki,  oğlu 35 yaşlı Tehran Mustafayev ərzaq almaq üçün mağazaya gedib.Qayıdarkən  bir şəxslə  toqquşub, yıxılıb. Aldığı yumurtalar isə  sındığı üçün onlar arasında mübahisə yaranıb.

Şəki Rayon Prokurorluğunun məlumatına əsasən, araşdırmalarla yetkinlik yaşına çatmayan şəxsin  Şəki şəhəri, Xan sarayının yaxınlığında Tehran Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanılıb, yeniyetmə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir./xezertv

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026