• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəmkirdə yük avtomobili dərəyə aşdı: Ölənlər var

HADİSƏ

28 Sentyabr 2023 | 08:56 | Müəllif: Qalib İbrahimoğlu

Şəmkirdə yük avtomobili dərəyə aşdı: Ölənlər var

Şəmkirdə ölümlı nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb. 

Bildirilir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qapanlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “QAZ” markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026