Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü yoldan keçən iki qadını vurub. Hadisə nəticəsində hər iki piyada ölüb.
Faktla bağlı araşdırma aparılır.
















