• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Surət Hüseynov vəfat etdi - YENİLƏNİB

HADİSƏ

31 Iyul 2023 | 20:01

Surət Hüseynov vəfat etdi - YENİLƏNİB

Sabiq Baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

Bu barədə Bakıvaxtı.az-a yaxınları bildirib.

15:42

Səhhəti qəfil pisləşən sabiq Baş nazir Surət Hüseynov yerləşdirildiyi İstanbul Arnavutköy Dövlət Xəstəxanasından özəl tibb müəssisəsinə köçürülüb.

Bakıvaxtı.az xəbər verir ki, Surət Hüseynov indilərdə özəl xəstəxanaya aparılıb.

Xəstəxanada olan yaxınlarının bildiriblər ki, Surət Hüseynov səhhətindəki problemlərlə əlaqədar olaraq Moskvadan Moldovaya getmək üçün İstanbuldakı yeni hava limanına gəlib.

O, elə aeroportda infarkt keçirib, ürəyi dayanıb. İlk olaraq onun həyatını itirdiyi güman edilib. Xəstəxanaya aparılan zamanı ürəyi fəaliyyətini bərpa edib.

Surət Huseynovun səhhəti stabildir, anju olunacağı bildirilir, eyni zamanda, böyrəklərində və mədəsində də problemlərin olduğu deyilir/apa.

***

15:42

“Hələ dəqiq bilinmir, nə baş verib”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Qaynarinfo”ya Surət Hüseynovun Kamran adlı kürəkəni bildirib.

Onun sözlərinə görə, Surət Hüseynov hazırda İstanbulda xəstəxanaların birindədir:

“Onun reanimasiyada olduğu bildirilir. Hələ ki oraya gedib çıxan olmayıb. Ona görə də dəqiq heç nə deyə bilmərik. Deyirlər, komaya düşüb”.

Surət Hüseynovun kürəkəninin sözlərindən belə anlaşılıb ki, keçmiş baş nazirin səhhəti qəfil pisləşib. Çünki onun səhhətində problemlərin olduğu müşahidə olunmayıb.

“Vallah, bilinmir, qəfil olub, deyəsən. Bir oraya gedək çıxaq, ondan sonra dəqiq biləcəyik. Hələlik heç nə deyə bilmirik”, - Surət Hüseynovun kürəkəni söyləyib.

 

14:33

Sürət Hüseynov komaya düşüb.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə qaynarinfo-ya sabiq baş nazirin yaxınları məlumat verib.

Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o komadadır.

Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.

***

13:51

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə gununsesi.info-ya Surət Hüseynovun yaxınları bildirib.

Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.

Qeyd edək ki, Surət Davud oğlu Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. O, Azərbaycan Respublikasının baş naziri (1993-1994), Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989-1991), baş nazirin müavini (1993), Azərbaycan Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, Azərbaycan ordusunun korpus komandiri, polkovnik, Azərbaycanın Milli Qəhrəmanı (1992–1994) olub.

Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.

Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026