• Bakı 24° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Qaxda bıçaqlanma oldu - YENİLƏNİB

HADİSƏ

01 Avqust 2023 | 11:55

Qaxda bıçaqlanma oldu - YENİLƏNİB

Qax rayon sakini, 2002-ci il təvəllüdlü Orxan Qəhrəmanovun kəsilmiş -deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, O.Qəhrəmanova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Ruslan Ramazanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

09:18

Qaxda 22 yaşlı gənc bıçaqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, gecə saatlarında rayonun Lələli kənd sakini, 2001-ci il təvəllüdlü Orxan İsmayıl oğlu Qəhrəmanov döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş daxilə nüfuz edən xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı O.Qəhrəmanova bıçaqla xəsarət yetirildiyi məlum olub.

O.Qəhrəmanova lazımi tibbi yardım göstərilib. Vəziyyəti orta-ağır qiymətləndirilən yaralı reanimasiyaya yerləşdirilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026