• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Bakıda itkin düşən Türkiyə vətəndaşının yeri məlum oldu - YENİLƏNİB

HADİSƏ

06 Aprel 2023 | 11:08

Bakıda itkin düşən Türkiyə vətəndaşının yeri məlum oldu - YENİLƏNİB

Nərimanov rayonunda iki gün əvvəl itkin düşən Türkiyə vətəndaşının olduğu yer məlum olub.

DİN mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, araşdırmalarla itkin düşən şəxsin Türkiyə Respublikasına getməsi müəyyən edilib.

 

09:05

Bakıda Türkiyə vətəndaşı itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 123, mənzil 50 ünvanında müvəqqəti yaşayan 1987-ci il təvəllüdlü Yıldırım Sinan Süleyman oğlu ərizə ilə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, arvadı 1994-cü il təvəllüdlü Yanardağ Büşra Şevki qızı aprelin 4-də saat 22:00 radələrində birgə yaşadıqları evdən çıxaraq geri qayıtmayıb.

Fakt üzrə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin təhqiqatçısı R.Qurbanov tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026