• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Rafael Dağlı ağır qəzaya düşdü - VİDEO

HADİSƏ

06 Aprel 2023 | 10:58

Rafael Dağlı ağır qəzaya düşdü - VİDEO

Tanınmış klarnet ifaçısı Rafael Dağlı (Bayramov) qəzaya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bir neçə gün öncə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, musiqiçi idarə etdiyi “Range Rover” markalı avtomobillə idarəetməni itirərək maşını yol kənarına aşırıb.

Məsələ ilə bağlı saytımıza danışan klarnetçi bildirib ki, Şabrana nənəsinin yas mərasiminə gedirmiş: “Gecə saatları idi. Anidən dumana düşdüm, yolu görə bilmədim. Sən demə, orada döngə var imiş. Sürətim elə də çox deyildi. Həm duman, həm gecə vaxtı olması səbəbindən yolu görə bilmədim. İdarəetməni itirdim və maşın yoldan çıxaraq bir neçə dəfə çevrildi.

Avtomobildə iki nəfər idik. Yanımdakı şəxsə heç nə olmadı. Özüm isə xəsarətlər aldım, qolum sındı. Xəstəxanada əməliyyat olundum. Əməliyyat 5 saata yaxın davam edib. Hazırda evdəyəm, müalicəm davam edir. Hazırda səhhətim yaxşıdır”. /Qafqazinfo


Rafael Dağlı ağır qəzaya düşdü - VİDEORafael Dağlı ağır qəzaya düşdü - VİDEORafael Dağlı ağır qəzaya düşdü - VİDEORafael Dağlı ağır qəzaya düşdü - VİDEORafael Dağlı ağır qəzaya düşdü - VİDEORafael Dağlı ağır qəzaya düşdü - VİDEORafael Dağlı ağır qəzaya düşdü - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026