• Bakı 15° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Bakıda şirkətə basqın edildi

HADİSƏ

07 Mart 2023 | 14:55

Bakıda şirkətə basqın edildi

Bakıda şirkətə basqın olub. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən “HN-Construction” şirkətinə basqın edən 2 nəfər ofisin şüşələrini sındıraraq, əmlakı zədələyiblər. 

Nəticədə şirkətə 2 min manatdan çox ziyan dəyib. İlkin məlumata görə, hadisəni Aqşin və Əli adlı şəxslər törədiblər. Bu barədə polisə məlumat verilib. 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. /Lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026