• Bakı 17° C

    2.11 m/s

Lənkəranda dəhşətli qəza - Xəsaət alanlar var

HADİSƏ

07 Mart 2023 | 17:07

Lənkəranda dəhşətli qəza - Xəsaət alanlar var

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Lənkəran - Boradigah yolunun Lənkəran rayonu Vilvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ - 21015" markalı avtomobillə "Mercedes" markalı avtomobilin toqquşub.

Nəticədə 1987 - ci il təvəllüdlü Masallı rayonunun Ərkivan qəsəbə sakini Elçin Əlihüseyn oğlu Rəhimov, 1982 - ci il təvəllüdlü Lənkəran rayonunun Mollakənd kənd sakini Nazim Tehran oğlu Əliyev və 1979 - cu il təvəllüdlü Lənkəran şəhər sakini Ülviyyə Malik qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026