• Bakı 19° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Yanan bacı-qardaşdan XƏBƏR VAR - YENİLƏNİB

HADİSƏ

03 Oktyabr 2026 | 19:08 | Müəllif: Əli Hüseynov

Yanan bacı-qardaşdan XƏBƏR VAR - YENİLƏNİB

Oktyabrın 3-də saat 18:00 radələrində bir qadın və bir kişi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bakıvaxtı.az-ın  məlumatına görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

    Hazırda onların müvafiq şöbədə müalicəsi davam etdirilir. Hər iki şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

    ***

    19:08

    Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb.

    Bakıvaxtı.az-ın məlumatına görə hadisə şəhər ərazisində qeydə alnıb.

    İlkin məlumata görə, 1998-ci il təvəllüdlü Taleh Əliyev və bacısı, 1996-cı il təvəllüdlü Əsmayə Əliyeva kimyəvi maddənin yanıq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

    Hər iki şəxsə tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırma başlanılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Oktyabr 2026