• Bakı 17° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Gəncədə futzal yarışında ictimai qaydanı pozan 5 nəfər həbs edildi

CƏMİYYƏT

02 Dekabr 2022 | 20:08

Gəncədə futzal yarışında ictimai qaydanı pozan 5 nəfər həbs edildi

Gəncədə futzal yarışında ictimai qaydanı pozan 5 şəxsə inzibati həbs tətbiq edilib.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib

Noyabr ayının 18-də Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırılma aparılıb. İctimai qaydanı pozan 5 şəxs barəsində müvafiq protokol tərtib olunaraq Gəncə şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin müvafiq qərarları ilə 2 nəfər 30, 1 nəfər 15, 2 nəfər 10 sutka müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.


SON XƏBƏRLƏR

19 Aprel 2024