• Bakı 13° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Gömrük orqanlarında xidmətə qəbulla bağlı QƏRAR

CƏMİYYƏT

22 Oktyabr 2024 | 16:14

Gömrük orqanlarında xidmətə qəbulla bağlı QƏRAR

Gömrük orqanlarında xidmətə qəbulla bağlı yeni qayda müəyyən edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük orqanlarında xidmət haqqında Əsasnaməyə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilmir. 

Təklif olunan dəyişikliyə əsasən, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul ediləcəklər.

Qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR