• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Göz önündə qəribə naxışlarının yaranmasının səbəbi məlum oldu

CƏMİYYƏT

27 Iyun 2024 | 18:00

Göz önündə qəribə naxışlarının yaranmasının səbəbi məlum oldu

Göz önündə qəribə naxışlarının yaranmasının səbəbi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı britaniyalı terapevt Sermed Mejer "Daily Mirror" nəşrinə müsahibəsində danışıb.

Mejerin sözlərinə görə, daha çox uşaqlar və yeniyetmələr gözlərinin qarşısında qəribə naxışlar və ya ləkələr görürlər.

O, bu parlaq parıltıların yaranmasının səbəbini açıqlayıb.

Mejer bildirib ki, insanların 75 faizi heç olmasa həyatlarında bir dəfə də olsa, gözlərini yumduqda bu parıltıları görüblər. Onun sözlərinə görə, bir qayda olaraq, bu, təhlükəli deyil, lakin bu parıltıların yaranma səbəbi ilə bağlı bir neçə fərziyyə var.

"Birincisi, birbaşa mexaniki simulyasiyadır. Yəni göz qapaqlarının sürtünməsi və ya onlara təzyiq nəticəsində torlu qişanın daxilində işığa reaksiya verən hüceyrələrin simulyasiyası baş verir. Bu yolla biz müxtəlif rənglər və formalar görürük", - deyə Mejer qeyd edib.

Bundan əlavə, foton şüalanması və ya maqnit sahələrinə məruz qalma nəticəsində gözlər qarşısında qəribə rəngli formalar meydana gələ bilər.

Terapevtin sözlərinə görə, bu cür rəng parıltıları adətən uşaqlar və yeniyetmələr tərəfindən görülür, böyüklərdə nadir hallarda rastlanır./Oxu.az


SON XƏBƏRLƏR

29 Iyun 2024