“Şou aləmində mənim düşmənim yoxdur”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “Rəngarəng səhər” verilişində deyib.
İfaçı yaşadığı qalmaqallardan da söz salıb:
“Heç kimlə heç bir problemim yoxdur. İndiyə kimi olan qalmaqallar gündəm üçün olan şeylər idi. Bunu etiraf edirəm və bundan sonra ancaq sənətimlə, işlərimlə, mahnılarımla gündəmə gəlmək istəyirəm. Artıq söz-söhbətlər, dedi-qodular mənlik deyil”.
Ziyafət Əlisoy