• Bakı C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Güney Azərbaycandan Amuliyə layiqli cavab: Əliyev və Ərdoğanın şəkilləri divarlara vuruldu

SİYASƏT

09 Yanvar 2025 | 10:33

Güney Azərbaycandan Amuliyə layiqli cavab: Əliyev və Ərdoğanın şəkilləri divarlara vuruldu

Güney Azərbaycan İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imamcüməsi Seyid Həsən Amulinin və əlaltılarının bəyanatlarına layiqli cavab verib.

Bakıvaxtı.az "Repor"a istinadla xəbər verir ki, Təbrizdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Təyyib Ərdoğanın şəkilləri şəhərin müxtəlif yerlərində divarlara vurulub.

Fotoların üzərində "Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!" və "Yaşasın Şam fatehi Ərdoğan rəis!" yazılıb.

Güney Azərbaycan Milli Hərəkatının fəalları belə bir etiraz aksiyası ilə Seyid Həsən Amuli və onun əlaltılarının Azərbaycan və Türkiyə liderlərinə qarşı təhqiramiz ifadələrinə öz etirazlarını bildiriblər. Eyni zamanda Türkiyə və Azərbaycana dəstəklərini bəyan etməyə çalışıblar.

Xatırladaq ki, ötən il dekabrın 19-da Seyid Həsən Amuinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı təhqiramiz ifadələr səsləndirilib.


SON XƏBƏRLƏR