• Bakı 25° C

    11.24 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Gürcüstan 41 əcnəbini deportasiya etdi - azərbaycanlılar da var

DÜNYA

02 Iyul 2025 | 12:23

Gürcüstan 41 əcnəbini deportasiya etdi - azərbaycanlılar da var

Gürcüstan Daxili İşlər Nazirliyi aralarında Azərbaycan vətəndaşları da olmaqla 41 əcnəbini deportasiya edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilib ki, deportasiya edilənlər Azərbaycan, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Pakistan, Rusiya, Cənubi Afrika Respublikası, Ermənistan və Zimbabve vətəndaşlarıdır.

Mövcud qanunvericiliyə görə ölkədən çıxarılan şəxslərin ölkəyə qayıdışı qadağandır. Bu ilin iyununda ümumilikdə 124 əcnəbi Gürcüstandan deportasiya edilib, 2025-ci ilin 6 ayının məlumatına görə isə ümumilikdə 525 əcnəbi vətəndaş ölkədən çıxarılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur.


SON XƏBƏRLƏR

02 Iyul 2025