• Bakı 10° C

    9.96 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Gürcüstan Hərbi Magistralında nəqliyyatın hərəkəti dayandırıldı

DÜNYA

12 Aprel 2025 | 10:27

Gürcüstan Hərbi Magistralında nəqliyyatın hərəkəti dayandırıldı

Gürcüstan Hərbi Magistral yolunun bir hissəsində minik və yük maşınlarının keçidinə müvəqqəti məhdudiyyət qoyulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Gürcüstanda hava şəraitinin pisləşməsi ilə əlaqədar yol bağlanıb. 

Respublikanın sərhəd polisi Vladiqafqaz -Lars hissəsində bütün növ nəqliyyatın hərəkətini dayandırmağa çağırıb.

Bildirilib ki, hazırda qeyd olunan keçid məntəqəsindən keçmək üçün 3000-ə yaxın yük maşını növbə gözləyir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

12 Aprel 2025