• Bakı 18° C

    7.45 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Tramp Fələstini tanıyacaq? - KRİTİK İDDİA

DÜNYA

12 May 2025 | 08:48

Tramp Fələstini tanıyacaq? - KRİTİK İDDİA

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Fələstin dövlətini tanıyacağı ilə bağlı iddialarının ciddi qəbul edilməməsinin lazım olduğunu bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə İsrail mətbuatı yazır.

İsrail mərkəzli i24 News kanalının internet saytına istinadən xəbər verir ki, Netanyahu İsrail Parlamentinin (Knesset) Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinin qapalı iclasında Trampla aralarında düşdüyü iddialarını təkzib edib və bu şayiələrin ABŞ-nin İsraildəki səfiri Mike Huckabee tərəfindən də təkzib edildiyini bildirib.

Netanyahu həmçinin Trampla müntəzəm ünsiyyətdə olduqlarını deyib. Onun sözlərinə görə, hər iki tərəf  bir çox məsələlərdə oxşar baxışlara malikdir.

İsrail mətbuatında daha əvvəl yayılan xəbərlərdə Trampın Netanyahu ilə əlaqələrini kəsdiyi və onunla oyun oynadığından şübhələndiyi iddia edilmişdi.

Benyamin Netanyahu Donald Trampın Fələstin dövlətini tanıyacağına dair iddialara da toxunaraq, belə xəbərlərin ciddiyə alınmaması lazım olduğunu müdafiə edib:

“Fələstin dövlətinin qurulması ilə bağlı ciddi bəyanatlar eşidəcəyinizi düşünmürəm, bu, sadəcə, siyasi oyundur”.

Bəzi İsrail mediası Körfəz diplomatik mənbələrinə istinadən Trampın gələn həftə Yaxın Şərq turu zamanı Fələstin dövlətini tanıyan rəsmi açıqlama verməyə hazırlaşdığını iddia edib.

Məlumata görə, bu barədə Səudiyyə Ərəbistanında keçiriləcək ABŞ-Səudiyyə Ərəbistanı Sammitində açıqlama veriləcəyi gözlənilir. Trampın səfəri çərçivəsində Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də səfəri planlaşdırılır.

Murad Məmmədli


SON XƏBƏRLƏR

11 May 2025