• Bakı 28° C

    3.54 m/s

  • USD - 1.7

    EUR - 1.944

    RUB - 2.0968

Danışıqların yeni raundu yaxın vaxtlarda Moskvada olacaq

DÜNYA

10 Iyun 2025 | 22:52

Danışıqların yeni raundu yaxın vaxtlarda Moskvada olacaq

"Rusiya və ABŞ ikitərəfli diplomatik münasibətlərdəki “narahatedici elementlərin” aradan qaldırılması ilə bağlı məsləhətləşmələri İstanbuldan paytaxtlarına köçürmək barədə ilkin qərar qəbul ediblər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev deyib.

Diplomatın sözlərinə görə, nümayəndə heyətləri arasında danışıqların yeni raundu çox yaxın vaxtlarda Moskvada baş tutacaq.

Səfir vurğulayıb ki, Rusiya-Amerika münasibətlərinin “bərpası” hələ çox uzaqdadır və proses ləngiyir.


SON XƏBƏRLƏR

31 Iyul 2025