• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gürcüstan Litva və Estoniyaya cavab sanksiyaları tətbiq etməyəcək

DÜNYA

16 Dekabr 2024 | 11:10 | Müəllif: Gülşən Şərif

Gürcüstan Litva və Estoniyaya cavab sanksiyaları tətbiq etməyəcək

Tbilisi Vilnüs və Tallinə qarşı cavab sanksiyaları tətbiq etməyəcək. Baxmayaraq ki, buna onun tam hüququ var. 

Bakıvaxtı.az "İnterpress.Ge"yə istinadən xəbər verir ki, bu, Gürcüstan hökumətinin bəyanatında yer alıb.

Bəyanata əsasən, Gürcüstan hər iki dövlətlə birtərəfli dostluq rejimində qalmağa qərar verib.

"Gürcüstan hakimiyyətinin Litva və Estoniya hökumətlərinin anti-gürcü qərarlarına cavab tədbirləri ilə qarşı çıxmaq hüququ və imkanı var. Lakin Litva və Estoniya xalqlarına hörmət edərək, belə addımların atılmasını məqsədəuyğun hesab etmirik. Bizim qərarımız gürcü, eston və litva xalqlarının ənənəvi dostluğuna təhlükə yaratmamaq üçün hər iki dövlətlə birtərəfli dostluq rejimində qalmaqdır", - bəyanatda qeyd olunub.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026