• Bakı 32° C

    3.64 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

"Amazon" Meksiyaya investorluq edəcək 

DÜNYA

15 Yanvar 2025 | 09:49

"Amazon" Meksiyaya investorluq edəcək

"Amazon"un bulud hesablama xidmətləri göstərən "Amazon Web Services" şirkəti 15 il ərzində Meksikaya 5 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Amazon" açıqlama yayıb.

Məlumata görə, şirkətin Mexikoda filialının açıldığı və bunun tərtibatçılara, startapçılara, sahibkarlara, biznesmenlərə, ictimai, təhsil və qeyri-kommersiya təşkilatlarına öz tətbiqlərini idarə etməyə imkan verəcəyi bildirilib. 

Qeyd edilib ki, bu addım nəticəsində sərmayə qoyulmasından əlavə, 7 mindən çox insanın işlə təmin olunması planlaşdırılır.

Əli Hüseynov

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Avqust 2026