• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

ABŞ Prezidenti Ukraynadakı müharibənin başlama səbəbindən DANIŞDI

DÜNYA

14 Fevral 2025 | 01:52 | Müəllif: Subhan Mahmudov

ABŞ Prezidenti Ukraynadakı müharibənin başlama səbəbindən DANIŞDI

Ukraynada müharibə ABŞ-nin keçmiş lideri Cozef Baydenin bu ölkənin NATO-ya üzv ola biləcəyini deməsinə görə başlayıb.

Bakıvaxtı.az "Fox News"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Trampın sözlərinə görə, Rusiyanın yerində olan hər hansı ölkə buna icazə verməz.

ABŞ Prezidenti bildirib ki, Pentaqon rəhbəri Pit Heqsetin Ukraynanın NATO-ya daxil olmasının qeyri-real xarakteri ilə bağlı açıqlamaları Vaşinqtonun mövqeyini dəqiq əks etdirir.

Fevralın 12-də ABŞ-nin müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü koordinasiya edən Qərb təmas qrupunun iclasında deyib ki, Ukraynanın 2014-cü ilə qədərki sərhədlərə qayıtmaq cəhdləri qeyri-real məqsəddir. O, həmçinin Ukraynanın NATO-ya daxil olma ehtimalını faktiki olaraq istisna edib və vurğulayıb ki, o, öz təhlükəsizliyinə cavabdeh olmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026