• Bakı 15° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

İtaliyada zəlzələyə görə 100 nəfər təxliyə edilib

DÜNYA

15 Mart 2025 | 22:48

İtaliyada zəlzələyə görə 100 nəfər təxliyə edilib

Neapolun qərbindəki Kampi Fleqrey bölgəsində 3,9 bal gücündə zəlzələ olub.

Bakıvaxtı.az xəbər verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) zəlzələnin episentrinin Solfatara bölgəsində 2,5 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.

Yeraltı təkan əhali arasında təşviş yaradıb, insanlar iş yerlərini və evlərini tərk ediblər. Baqnolidə ehtiyat tədbiri olaraq 100-dək insanın yaşadığı binadan sakinlər təxliyə edilib.

Qeyd edək ki, son 24 saatda İtaliya sahillərində və yarımadada ən güclüsü 4,7 bal olmaqla ümumilikdə 20-dən çox zəlzələ olub.


SON XƏBƏRLƏR

15 Mart 2025