• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Gürcüstan XİN: Azərbaycanla əlaqələri möhkəmləndirməyi davam etdirməyə hazırıq

SİYASƏT

27 Iyun 2024 | 15:18

Gürcüstan XİN: Azərbaycanla əlaqələri möhkəmləndirməyi davam etdirməyə hazırıq

Gürcüstan Azərbaycanla əlaqələri bundan sonra da möhkəmləndirməyə və ölkələr arasında əməkdaşlığın daha da inkişafı üçün bütün imkanları öyrənməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq xüsusi xarakter daşıyır. Biz əlaqələri bundan sonra da möhkəmləndirməyi davam etdirməyə, əməkdaşlığın gələcək inkişafı üçün bütün imkanları öyrənməyə hazırıq”, - paylaşımda qeyd edilib.


SON XƏBƏRLƏR

29 Iyun 2024