• Bakı 14° C

    2.62 m/s

Gürcüstanda küçədə maska taxmaq qadağan edilə bilər

CƏMİYYƏT

08 Dekabr 2024 | 09:22 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda küçədə maska taxmaq qadağan edilə bilər

“Gürcüstanda küçədə maska taxmaq qadağan edilə bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.

Bu, müxalifət kanalı “TV Pirveli”nin jurnalistlərinə qarşı naməlum şəxslərin hücumu ilə bağlıdır.

“Mən şəxsən küçədə maska taxmağın qadağan edilməsi təşəbbüsünü irəli sürəcəyəm. Siz görürsünüz, mitinqlər zamanı nə qədər problem yaranır. Aksiyalarda polislərə daşlar atılır, amma biz daş atanların kim olduğunu bilmirik. İndi kimsə üzündə maska ilə jurnalistə hücum edib, onu ya tapacağıq, ya da yox. Əminəm ki, mənim həmkarlarım, çoxluğun nümayəndələri, bu qadağanı dəstəkləyəcəklər”, - deyə o, “Imedi” kanalına bildirib./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026